İnsanların 3 növü, yolu azanların 7 sifəti

İnsanların 3 növü, yolu azanların 7 sifəti
23:12 10 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmirəl-möminin (ə) insanları üç dəstəyə bölmüşdür ki, onlarla tanış olaq.

1. Haqq tərəfdarları. Bu insanlar dəyərləri qoruyan və haqqı gücləndirən insanlardır. Ona görə də davamlı olaraq İlahi imtahanlardan başıuca çıxar və ictimai həyatda İlahi xətti qoruyarlar. İmam Əlinin (ə) dövründə yaşamış belə insanlara misal olaraq, Salmanı, Miqdadı, Əbuzəri, Əmmarı göstərmək olar. İmam Əli (ə) buyurur: "Mən, haqqa inanan qüvvələrlə fərariləri məhv edərəm və əmrə hazır olan sərkərdələrlə ikiürəkli vəsvəsə edənləri əzərəm".
2. Batilin tərəfdarları. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu insanların ən mühüm xüsusiyəytləri: cəhalət, batil əqidə, batini xəbislik, havapərəstlik, haqla vuruşmaq, dini, əxlaqi və insani dəyərləri cəmiyyətdən silməyə çalışmaq. Qurani-Kərim bu cür insanları bizə belə tanıtmışdır: "Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü (heç bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!". ("Qəsəs" 41).
3. Yolunu azanlar. Bu insanlar əvvəllər haqq cəbhəsində qərar tutmuşdular. Lakin sonralar tənbəlliyə, qəflətə, rifah tələbində olmağa düçar olub, haqqı müdafiə etmək yolunda süstləşiblər. Ona görə də yollarını azıblar. (Tebyan)
"Nəhcul-bəlağə" bu insanların 7 sifətini tanıtmışdır ki, onlara işarə edək.
İmam (ə) yolunu azmış bu insanların bizlərə 7 sifətini tanıtmışdır ki, onlarla tanış olaq:
1. Yersiz gözləntiləri olar.
2. Az hümmət edərlər.
3. İnsafdan uzaq olarlar.
4. Çox təkid edərlər. (İstəklərinə çatmaq üçün).
5. Az təşəkkür edərlər.
6. Üzrü qəbul etməzlər.
7. Səbirsizdirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR