Bakı və Abşeron sakinləri təşvişdə: İçməli suda virus var?

Bakı və Abşeron sakinləri təşvişdə: İçməli suda virus var?
23:17 10 İyun 2017
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron rayonunda içməli suyun insanlar üçün təhlükəli olmasına dair məlumatlar yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Bundan başqa, "WhatsApp" nömrələrinə insanlara belə mesajlar yollanır. Mesajda bildirilir ki, Bakıda və Abşeron rayonunda içməli suda təhlükəli virus var. Su vasitəsilə həmin virus insanlar arasında yayılır.

"İçməli suya nəsə qatılıb. Qaynadılmamış su içməyin. Deyirlər içməli suya kanalizasiya və çirkab suları qatılıb. İnsanlar kütləvi şəkildə virusa yoluxurlar", - deyə məlumatda bildirilir.

Məsələ ilə əlaqədar "Azərsu" ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hadisədən məlumatları var.
Onun sözlərinə görə, bu barədə məlumat yayılan kimi Bakı, Sumqayıt, Sulutəpə və digər ərazilərdə evlərdən içməli sudan nümunələr götürülüb.

"Adı çəkilən ünvanlardan içməli sulardan nümunələr götürülüb. Nümunələr analiz olunub. Suyun tərkibi normalara cavab verir. Məsələ həmişə nəzarətdədir.  Əməkdaşlarımız mütəmadi olaraq içməli suyun tərkibini yoxlayırlar", - deyə Anar Cəbrayıllı bildirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildiriblər ki, təşvişə ehtiyac yoxdur.

"Hələlik içməli sudan zəhərlənmə ilə bağlı məlumatlar dəqiq deyil. Ehtimal var, lakin bu barədə "panika" yaratmaq lazım deyil",  -deyə məlumatda bildirilib.

Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayevin "Ölkə.Az"a açıqlamasında bildirib ki, son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onun sözlərinə görə, xəstələrdən əksəriyyəti uşaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR