Qara Qarayev məğlubiyyətdən sonra - "Möhtəşəm oynadıq"

Qara Qarayev məğlubiyyətdən sonra - "Möhtəşəm oynadıq"
23:42 10 İyun 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

"Çox maraqlıdı, niyə belə oldu? Bəlkə də bu vaxta qədər ən layiq olmadığımız nəticəni əldə etdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Qara Qarayev deyib.
 
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
 
Oyundan sonra açıqlama verən yarımmüdafiəçi məyusluğunu gizlətməyib: "Düşünürəm ki, möhtəşəm oynadıq, ancaq alınmadı. Hər şey əla idi, qaydasında idi, nə çatışmadığını deyə bilməyəcəm. O qol necə oldu, nətər alındı ki, imkanları reallaşdıra bilmədik? Hələ də şokdayıq. Avroliqada "İnter"lə oyundan sonra ilk dəfə belə məyusluq yaşadıq. Hələ də inana bilmirəm. Futbolda belə şeylər mümkündü, bu dəfə də bizim başımıza gəldi".
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR