Adı “Qarabağ”la hallanan hücumçu: "Niyə də yox?"

Adı “Qarabağ”la hallanan hücumçu: "Niyə də yox?"
23:42 10 İyun 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya millisinin üzvü Kayl Lafferti "Qarabağ"a keçəcəyi haqqında xəbərləri dəyərləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızla oyundan sonra açıqlama verən britaniyalı futbolçu konkret təklif almadığını deyib.
 
30 yaşlı hücumçu belə bir təklifə müsbət yanaşa biləcəyini vurğulayıb: "Bakı əla şəhərdi. Burada yaşamağa və oynamağa hazıram. Ancaq mənə konkret təklif gəlməyib. "Qarabağ"dan və ya digər klubdan əlaqə saxlayan olmayıb. Əgər təklif olsa, oynayarammı?  - Niyə də yox?
 
Qeyd edək ki, "Norviç"dən ayrılan Kayl Lafferti azad agent statusu daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR