Avitaminozun əmələ gətirdiyi xəstəliklər

Avitaminozun əmələ gətirdiyi xəstəliklər
23:52 10 İyun 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaz aylarında insanların ən çox rastlaşdıqları patologiyalardan biri də avitaminozdur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, avitaminoz ən çox mart aylarında meydana çıxır. Avitaminoz insanda yorğunluq, halsızlıq hissi yaradır, əhval ruhiyənin pozulmasına səbəb olur və tez-tez respirator xəstəliklərə yaxalanma riskini artırır. Mütəxəssislər bu əlamətlərin olmaması üçün avitaminozun təbii yollarl aradan qaldırılmasını məsləhət görürlər. Avitaminoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:
* xroniki yorğunluq
* əsəbilik, qəzəblənmə, baş ağrıları
* ürəkbulanma
* diqqətsizlik, yaddaşın azalması, fikri bir yerə toplaya bilməmək
* saçların və dırnaqlarn qopması, dərinin səpgilərə meyilli olması
* diş əti qanaxmaları
* iltihabi xəstəliklərin baş verməsi
* yuxarı və aşağı ətraflarda ağrı
* maddələr mübadiləsinin pozulmaları
* depressiya
Həkimlər aşağıdakı qidalardan istifadə etməklə orqanizmdəki avitaminozun aradan qalxmasını məsləhət bilirlər.
* qırmızı və sarı rəngli meyvə-tərəvəz
* qaraciyər
* rəgli balıq və dəniz məhsulları
* mal əti
* göyərti
* toyuq əti və soyutma yumurta
* qarabaşaq
* yulaf
* quru meyvələr
* qoz
* taxıl məhsulları
Mütəxəsislər qəbul edilən hər bir qidanın balanslaşdırılmasını məsləhət bilir. Təmiz havada gəzinti də avitaminoz zamanı orqanizm üçün çox faydalıdır. Avitaminoz zamanı orqanizmin halsız olmasına baxmayaraq mütəxəssislər gün ərzində yüngül idman etmək üçün ən azı yarım saat vaxt ayımağı məsləhət bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR