Evinin pəncərəsindən tüfənglə 4 nəfəri öldürdü

Evinin pəncərəsindən tüfənglə 4 nəfəri öldürdü
00:19 11 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.

 

Hazırda OMON əməkdaşları cinayətkarın zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirir. Atışma zamanı bir polis əməkdaşı yaralanıb.  

 

“İnterfaks”ın xəbərinə görə, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub.  Atəş açan şəxsin sərxoş olduğu bildirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR