Millimiz son dəqiqədə büdrədi

DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.


Qol.az-ın məlumatına görə, milli komandamız da bu gün növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə millimiz minimal hesabla məğlub olub - 0:1.

Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, millimiz Belfastdakı oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.

10 iyun

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

20:00. Azərbaycan – Şimali İrlandiya - 0:1
Qol:
Dallas, 90+2
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Rəşad Sadıqov (k), Maksim Medvedev, Bədavi Hüseynov, Cavid Hüseynov, Riçard Almeyda, Dmitri Nazarov (Namiq Ələsgərov, 77), Əfran İsmayılov (Rahid Əmirquliyev, 84), Ramil Şeydayev

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Eddi İsrafilov, Ruslan Qurbanov, Ruslan Abışov, Emin Mahmudov, Ağabala Ramazanov, Tərlan Quliyev

Şimali İrlandiya: Mixael Makqoven, Konor Maklofin, Qaret Makoli (Nial Makgin-25, Li Hodson - 86), Conni Evans, Stiven Devis (k), Liam Boys (Kayl Lafferti - 77), Kris Brunt, Stüart Dallas, Oliver Norvud, Aaron Hyuz, Coş Makkeniş

Ehtiyat oyuçular: Alan Mannus ,Roy Kerrol , Şeyn Ferqyusson,Tom Flanqan,Daniel Lafferti, Pol Paton, Metyu Lund,Simus Makkartan, , Adam Tompson

22:45. Almaniya - San Marino

22:45. Norveç - Çexiya


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR