Bir gündə 3 ilansancma

Bir gündə 3 ilansancma
02:24 11 İyun 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sarıtəpə kənd sakini, 1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Qeyd edək ki, bundan əvvəl Şəmkirdə daha iki nəfəri də ilan sancıb.

 

Rayonun Zəyəm qəsəbə sakini 1948-ci il təvəllüdlü  Qaratel Hüseynova sağ əlindən, Bayramlı kənd sakini 1969-cu il təvəllüdlü İsa Xudaverdiyev sağ biləng nahiyəsindən ilan sancma xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

 

Hər üç xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR