Liviya sahillərində miqrant qayığı qəzaya uğrayıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb

Liviya sahillərində miqrant qayığı qəzaya uğrayıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb
04:07 11 İyun 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.
"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" xəbər verib.
Liviya paytaxtının yaxınlığındakı Qarabulli şəhərinin sahil mühafizəsinin rəisi, polkovnik Fəthi Əl-Rayani bildirib ki, qayıqda 8 nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, azı 100 miqrant itkin düşüb.
Agentliyin xəbərinə görə, Liviyanın sahil mühafizəsi xidməti qayığı Qarabulli sahilləri yaxınlığında aşkarlayıb, həlak olanların cəsədləri onun içində imiş.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviya-sahillerinde-miqrant-qayigi-qezaya-ugramasi-neticesinde-8-nefer-olub-itkin-dusenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR