Hindistanda vertolyot qəzaya uğrayıb: ölən və yaralananlar var

Hindistanda vertolyot qəzaya uğrayıb: ölən və yaralananlar var
05:07 11 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Hindistanda vertolyot qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.
Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub, lakin onlar xəsarət almayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-vertolyot-qezaya-ugrayib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR