Rusiyada silahlı şəxs 4 xüsusi təyinatlını yaraladı

Rusiyada silahlı şəxs 4 xüsusi təyinatlını yaraladı
05:34 11 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Moskva ətrafında 4 nəfəri qətlə yetirən silahlı şəxsin zərərsizləşdirilməsi əməliyyatı zamanı 4 xüsusi təyinatlı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə hadisə yerinə baş çəkən  Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib.

 

“Cinayətkar mühasirəyə alınmışdı. Bir neçə saat ərzində atəş açıb, qumbaralar atıb. Ümumilikdə 14 partlayış olub, 4  xüsusi təyinatlı yaralanıb. Yaralar yüngüldür, onların səhhətinə heç bir problem yoxdur”, - deyə nazir bildirib.

 

Nazir təhlükəli cinayətkarın zərərsizləşdirilməsi əməliyyatına görə “Rosqvardiya”nın bütün heyətinə minnətdarlıq elan edib.   

 

Xəbər verildiyi kimi, Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. İnsident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.

 

 “İnterfaks”ın xəbərinə görə, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub.  Atəş açan şəxsin sərxoş olduğu bildirir.

 

Bir neçə gün əvvəl Tver əyalətində elektrik ov tüfəngindən 9 nəfəri qətlə yetirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR