Salyanda canavar sakinlərə hücum edib: xəsarət alanlar var

Salyanda canavar sakinlərə hücum edib: xəsarət alanlar var
08:42 11 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 11 iyun. REPORT.AZ/ Salyan rayonunda canavar sakinlərə hücum edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
Zərərçəkənlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulduqdan və digər tibbi tədbirlər görüldükdən sonra yaralılar ambulator müalicəyə buraxılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-canavar-sakinlere-hucum-edib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR