Bərdədə həlak olanın kimliyi bilindi - YENİLƏNİB - FOTO

Bərdədə həlak olanın kimliyi bilindi - YENİLƏNİB - FOTO
09:42 11 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə iki yük avtomobilinin toqquşması nəticəsində həyatını itirən sərnişinin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 90 JR 380 dövlət nömrə nişanlı "Shacman" markalı yük maşını ilə  03 BE 799 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınının toqquşması nəticəsində, həyatını itirən "Qazel"i  idarə edən sürücü  Hüseyn  Süleymanovun övladı 1991-ci il təvəllüdlü Süleymanov Yasin Hüseyn oğludur.
Faktla bağlı araşdırma aparılır.

10.06.2017
23.09

 
Bərdədə iki yük avtomobili toqquşub, ölən var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi "Qazel" markalı yük maşını qarşıda gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi "Qazel" markalı maşında sərnişin hadisə yerində həyatını itirib.
 
Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.
 
Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR