Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var

Hindistanda vertolyot qəzası: ölən və yaralananlar var
10:13 11 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda vertolyot qəzaya uğrayıb.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin şimalındakı Uttarakhand ştatında qeydə alınıb. Belə ki, xüsusi aviaşirkətə məxsus "Agusta 119" vertolyotu Haridvar şəhərinə uçuş zamanı havanın təzyiqinin aşağı olması səbəbindən müvazinətini itirərək yerə düşüb. Nəticədə vertolyotun mexaniki ölüb, iki pilot isə xəsarət alıb.

Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər olub, lakin onlar xəsarət almayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR