Sneyder tarixə düşdü

Sneyder tarixə düşdü
10:24 11 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

 

Hollandiya yığmasının və “Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder millisinin tarixinə düşüb. Lent.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "narıncılar"ın heyətində ən çox matç keçirən oyunçu adına yiyələnib.

 

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Lüksemburqla görüşdə 131-ci dəfə əsas komandanın şərəfini qoruyub. Bu, onun rekord vurması ilə nəticələnib. Sneyder Edvin van der Sarı geridə qoymaqla, ən çox oyun keçirənlərin siyahısında birinci yerə yüksəlib.

 

 Yarımmüdafiəçi millisinin heyətində ilk matçını 2003-cü ildə keçirib. O, aprelin 30-da Portuqaliya ilə 0:0 hesabı ilə bitən yoxlama görüşündə debüt edib.

 

Hollandiya millisində ən çox oyun keçirənlər:

 

131 - Uesli Sneyder

130 - Edvin van der Sar

112 - Frank de Bur

109 - Rafael van der Vaart

106 - Covanni van Bronkhorst

104 - Dirk Kayt

101 - Fillip Koku

101 - Robin van Persi

92 - Aryen Robben

87 - Con Heytinqa

87 - Klarens Zeedorf

 

Qeyd edək ki, hollandların Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri görüşdə Sneyder ikinci qolun müəllifidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR