Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb

Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb
10:32 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.
"Report" “AiF-Daqestan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.
Oğurlanan əşyalar arasında 90-dan çox eksponat, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.
DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/dagistanda-azerbaycan-sahina-mexsus-qilinc-ve-daha-90-eksponat-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR