Cəlilabadda 43 yaşlı kişi bıçaqlanıb

Cəlilabadda 43 yaşlı kişi bıçaqlanıb
10:58 11 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunun Sabirabad kəndində bıçaqlanma hadisəsi baş verib.

Publika.az "Report"a istinadən bildirir ki, 43 yaşlı kənd sakini Rəfael Ağaş oğlu Səfərov mübahisə zəminində həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov tərəfindən bıçaqlanıb.
İki bıçaq yarası alan Rəfael Səfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Akif Heydərov isə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR