Azərbaycanda qadınları parçalamaq istəyən canavar öldürüldü

Azərbaycanda qadınları parçalamaq istəyən canavar öldürüldü
11:09 11 İyun 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün səhər saat 6 radələrində Salyan rayonunun Şəkərli kəndində yaxınlıqdakı istixanalardakı iş yerlərinə gedən iki qadına canavar hücum edib.

 

Lent.az Virtualaz.org-a istinadən məlumatına görə, hadisə qayın arvadları olan 48 yaşlı Tahirə Həbulla qızı Səmədova və 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova kollektorun çöl sahəsinə tərəf keçərək iş yerlərinə gedərkən baş verib.

 

Belə ki, yaxınlıqdakı kolluqda yatmış canavar bu zaman hər iki qadına hücum edərək qollarından xəsarətlər yetirib.

 

Bu zaman öz sürülərini çölə otarmağa aparan sakinlər qadınların harayına gələrək çomaqla canavarı öldürüblər.

 

Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki qadına quduzluq əleyhinə peyvənd vurulub. Onlar tibbi yardım göstərdikdən sonra evə buraxılıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR