"Airbus" Britaniyanı "Brexit"dən sonra ölkədən gedəcəyi ilə hədələyib

"Airbus" Britaniyanı "Brexit"dən sonra ölkədən gedəcəyi ilə hədələyib
11:37 11 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ "Airbus" təyyarəqayırma şirkəti Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı tələbləri təmin edilməyəcəyi təqdirdə Londonu istehsalat obyektlərini krallıqdan başqa ölkəyə köçürəcəyi ilə hədələyib.
"Report" "The Sunday Times"a istinadən xəbər verir ki, konsernin prezidenti və baş direktoru Fabris Brejye güman edir ki, "Brexit" sövdələşməsinin şərtləri ona məxsus fabrik əməkdaşlarına Britaniya ərazisinə maneəsiz daxil olmaq imkanı verəcək.
"Biz Böyük Britaniyada qalmaq, fəaliyyət göstərmək istəyirik, lakin yalnız şərtlərimiz nəzərə alınacağı təqdirdə", - deyə Brejye bildirib.
Hüquqi olaraq Fransaya məxsus olan, lakin özünü "Avropa" konserni kimi təqdim edən şirkətin baş qərargahı Tuluzada yerləşir.
"Airbus"un Filton və Broton şəhərlərində istehsalı dayandırması 10 mindən çox insanı işsiz qoya bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/airbus-britaniyani-brexit-den-sonra-olkeden-gedeceyi-ile-hedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR