Şimali irlandiyalı hücumçu "Qarabağ"a transferindən danışdı

Şimali irlandiyalı hücumçu "Qarabağ"a transferindən danışdı
11:37 11 İyun 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Qarabağ"a keçəcəyi barədə xəbərləri təkzib edib. Fanat.Az xəbər verir ki, 30 yaşlı forvard Azərbaycan çempionundan təklif almadığını bildirib.


Kayl Lafferti qeyd edib ki, "Qarabağ"dan təklif alacağı halda onu dəyərləndirməyə hazırdı: "Bakı çox xoşuma gəldi. Burada oynamağa hazıram. Amma mənə konkret təklif gəlməyib. Gəlsə, "yox" demərəm".


Qeyd edək ki, Kayl Lafferti İngiltərə "Norviç"indən ayrıldıqdan sonra klubsuzdu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-imali-irlandiyal-hucumcu-quotqarabaquota-transferindn-dand-t58640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR