Cavid Hüseynov: "Rəqib qoluna özü də inanmırdı"

Cavid Hüseynov: "Rəqib qoluna özü də inanmırdı"
11:47 11 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya ilə oyundan sonra millinin yarımmüdafiəçisi Cavid Hüseynov medianın suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən müsahibəni təqdim edir.

- Oyunun sonluğu niyə belə alındı?

- Biz oynadıq, onlar qol vurdu. Oyun ərzində cəmi bir dəfə real epizod yaratdılar, onda da fərqləndilər. Bizim isə 3 şansımız oldu. İki dəfə Əfran, birində isə Şeydayev toru silkələməyə yaxın idi. Rəqib isə heç nədən sevindi. Özləri də buna inanmırdılar.

- Bəs biz niyə vura bilmədik?

- Son nöqtəni qoya bilmədik. Bilmirəm söhbət diqqətli olmaqdan, ya başqa nədən gedir. Fakt odur ki, onlardan çox epizod yaratdıq, amma əməyimizin bəhrəsini görə bilmədik.

- Onların qol vuracağı ürəyinizə dammışdı?

- Xeyr, ürəyimə dammamışdı. Müdafiəçilərimiz yaxşı oynadılar. Baxmayaraq ki, rəqibin heyətində hündürboylu futbolçular çoxluq təşkil edirdi, boşluq vermirdilər onlara. Həqiqətən də mübarizə apardıq, cavab verirdik rəqibə. Niyə belə oldu, izah etməyə söz tapmıram.

- Rəqibin bu cür oyuna üstünlük verəcəyinə hazır idiniz?

- Hər cür vəziyyətə hazır idik. Necə mübarizə apardığımızı gördünüz. Bütün hücumları dəf edirdik. Son dəqiqədə niyə belə oldu, anlamadıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/553223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR