İki futbolçu “Qəbələ”yə qoşuldu

İki futbolçu “Qəbələ”yə qoşuldu
11:57 11 İyun 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Fanat.Az xəbər verir ki, iyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirir.

 

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq “qırmızı-qaralar”ın məşqlərinə qoşulub. DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandanın hazırlıqlarına iyunun 15-də qatılacaq.

 

Qeyd edək ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli “Fulpmes”ə qarşı keçirəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ki-futbolcu-qbly-qouldu-t58641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR