ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib
12:12 11 İyun 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
"Report" Departamentə istinadən xəbər verir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/etsn-hava-seraitinin-qeyri-sabit-kececeyi-ile-bagli-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR