"Barselona"dan 90 milyon avroluq transfer

"Barselona"dan 90 milyon avroluq transfer
12:47 11 İyun 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Dortmund "Borussiya"sından Osman Dembeleni transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, artıq alman klubu fransalı futbolçusunun transfer qiymətini də müəyyələşdirib.


"El Mundo Deportivo" iddia edir ki, almanlar 20 yaşlı sol cinah oyunçusu üçün 90 milyon avro tələb edir. "Barselona"nın da böyük gələcək vəd edən istedadlı futbolçu üçün yüksək məbləğ ödəməkdən çəkinmədiyi bildirilir.


Qeyd edək ki, "Borussiya" Dembeleni ötən yay "Renn"dən 15 milyon avroya alıb. Hazırda "Transfermarkt" 20 yaşlı futbolçuya 28 milyon avro qiymət qoyub. Osman başa çatan mövsümdə 49 rəsmi oyuna çıxaraq 10 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotdan-90-milyon-avroluq-transfer-t58645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR