Dünyanın ən gözəl üzü bu xalqın qızlarındadır - FOTOLAR

Dünyanın ən gözəl üzü bu xalqın qızlarındadır - FOTOLAR
13:23 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox xalqları gözəl qızları ilə fəxr edir. Xüsusən də Qafqaz qızları görənləri öz gözəllikləri ilə heyran edir. Amma nəinki Qafqazın, dünyanın ən gözəl üz formasının məhz gürcü qızlarına aid olduğunu deyirlər. Onların üzlərinin kübar, zərif cizgiləri həqiqətən də yüksək dəyərə layiqdir. Bir çox səyyah və elm adamlarının fikrincə, gürcülər ala gözləri ilə dərhal seçilir. Müxtəlif dövrlərdə gürcü xalqının qonağı olan səyyahlar fikirlərini belə bölüşüblər:

"Gürcüstanda olan bütün avropalı səyyahlar yekdilliklə etiraf edir ki, bu xalqın qızları çox gözəl və cazibədar üz cizgilərinə malikdir". (İmmanuil Kant - alman filosofu).

"Onların qanı gürcülərlə və çərkəzlərlə nikah nəticəsində birləşib və nəcibləşib, bu iki millətin gözəlliyi digərlərini üstələyir. İranda demək olar ki, bütün adlı-sanlı adamların nənələri gürcü və ya çərkəz olub". (Çarlz Darvin - ingilis alimi).

"Dünyanın ən gözəl, mükəmməl və kübar üz cizgilərinə malik olan xalqı gürcülərdir". (Ritçel - alman alimi).

"Gürcülər zahiri görkəminə görə yer kürəsinin ən gözəl xalqları siyahısına daxildir. Onların hündür boyu, möhkəm immuniteti, böyük gözləri, qəşəng saçları, zərif və təmiz dəri rəngi var" (Rusiya imperiyasının coğrafiyası", 1892).

"Mən öyrənmək üçün Qafqaz tipini seçdim. Çünki onun cənubu dünyaya ən gözəl irqi bağışlayır. Mən ilk növbədə gürcüləri nəzərdə tuturam". (Alman antropoloqu İohann Blumenbax).

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/202159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR