Vahid Mustafayevin motosiklet karvanı cərimə meydançasına belə aparıldı - VİDEO

Vahid Mustafayevin motosiklet karvanı cərimə meydançasına belə aparıldı - VİDEO
13:37 11 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftənin bazar günü Bakının Xətai rayonu Nobel prospektində yol polis tərəfindən saxlanılan ANS TV-nin prezidenti Vahid Mustafayevin rəhbərlik etdiyi motosiklet karvanının cərimə meydançasına aparılmasının videosu yayılıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, motosikletlərin Nizami cərimə meydançasına aparılmasının və yerləşdirilməsinin görüntülərini əks etdirən video "Yuotube"da yerləşdirilib.
 
Qeyd edək ki, həmin gün V.Mustafayevin motosiklet karvanı motosiklet qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Yol polisi onların hamısını saxlayaraq motosikletləri cərimə meydançasına aparıb. Motobaykerlər isə ictimai nəqliyyatla yas mərasiminə getməli olub.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin

Vahid Mustafayevin motosiklet karvanı cərimə meydançasına belə aparıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR