İran rəsmisi: “Terrorun sifarişçisini məhv etdik”

İran rəsmisi: “Terrorun sifarişçisini məhv etdik”
13:53 11 İyun 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

İran xüsusi xidmət orqanının rəhbəri Mahmud Ələvi Tehranda parlamentə və İmam Xomeyni türbəsinə terror hücumu əmri verən şəxsin artıq öldürüldüyünü bəyan edib.

Teleqraf.com xəbər verir ki, İranın dövlət televiziyasına açıqlama verən M.Ələvi Tehranda terror aktı həyata keçirmək əmri verən şəxsin qısa vaxt ərzində müəyyənləşdirildiyini vurğulayıb. O, həmçinin, son 3 ayda İran təhlükəsizlik xidməti tərəfindən 25 terror qruplaşmasının müəyən edildiyini bildirib.

Qeyd edək ki, İranın rəsmi qurumları dünən bəyan etmişdi ki, müxtəlif şəhərlərdə İŞİD üzvü olan 41 nəfər saxlanılıb.

Xatırladaq ki, iyunun 7-də İran parlamentinə və İmam Xomeyni türbəsinə terror hücumu həyata keçirilib. Nəticədə 22 nəfər öldürlüb, 50 nəfərdən çox insan yaralanıb. Terror hücumunun məsuliyyətini İŞİD üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR