AİB Azərbaycanda yeni sahələrdə layihələrin maliyyələşdirilməsini genişləndirməyə hazırdır (ÖZƏL)

AİB Azərbaycanda yeni sahələrdə layihələrin maliyyələşdirilməsini genişləndirməyə hazırdır (ÖZƏL)
14:22 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Asiya inkişaf bankı (AİB) Azərbaycanın kənd təsərrüfatında layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdı.

Bu barədə Trendə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, hökümət üçün prioritet olan məsələ AİB üçündə əsas məsələdir: "Ona görədə əgər Azərbaycan höküməti bizim kənd təsərrüfatı sektorunda işləməyimizi lazım bilərsə, biz bu barədə layihələr baxmağa hazırıq".

O həmçinin bildirib ki, bank Azərbaycanda xüsusi orta təhsil sahəsinin inkişafı üçün maliyyə ayırmağa və təhsil nazirliyi ilə işləməyə hazırdır, əgər hökümət belə təklif verərsə.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2765329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR