"Bursaspor": "70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq"

"Bursaspor": "70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq"
15:37 11 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

“Bursaspor”un prezidenti Ali Ay yenə millimizin baş məşqçisi Robert Prosineçki haqqında danışıb. Fanat.Az xəbər verir ki, qardaş ölkə təmsilçisinin xorvat baş məşqçiyə olan sevgisi tükənmək bilmir: 


O qeyd edib ki, xorvatiyalı mütəxəssislə razılıq əldə ediblər: "Gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var. 70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.


“Fanatik” qəzetinin yazdığına görə isə Prosineçki artıq “Bursaspor”un təklifini qəbul edib. Qəzet iddia edib ki, dünən DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin Azərbaycan millisində son matçı olub. Bu matçdan sonra onun Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı bildirilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbursasporquot-quot70-80-faiz-yeni-ba-mqcimiz-prosinecki-olacaqquot-t58646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR