Erməni kikboksçunun azarkeşləri rəqib idmançını döydülər - VİDEO

Erməni kikboksçunun azarkeşləri rəqib idmançını döydülər - VİDEO
15:42 11 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan və Belçika vətəndaşlığı olan kikboksçu Arut Qriqoryanın iki azarkeşi rinqə çıxaraq, ona qalib gəlmiş rəqibi - hollandiyalı Mertel Qronhartı döyüblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Parisdə keçirilən kikboksinq turnirində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, döyüşün ikinci raundunda Qronhart erməni idmançını nokaut vəziyyətinə salıb. Daha sonra qələbə sevinci yaşayan hollandiyalı rinqə çıxmış erməni azarkeşlər tərəfindən vəhşicəsinə döyülüb.

İdmançının adi azarkeşlər tərəfindən döyülməsinə səbəb kimi gözlənilməzlik amili göstərilir - hollandiyalı kikboksçu üçün ona endirilən zərbələr elə qəfləti baş verib ki, özünə gələndə artıq gec idi. Təşkilatçıların nümayənqədələrinin müdaxiləsi idmançının linç edilməsinin qarşısını alıb.

Erməni azarkeşlər hərəkətlərini onunla izah ediblər ki, hollandiyalı Arun Qriqoyrana arxadan hücum edərək çənəsinə çox güclü zərbə endirib. Hakimlərin rəyinə görə, qalib gəlmiş idmançının hərəkətləri qaydalara zidd olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Erməni kikboksçunun azarkeşləri rəqib idmançını döydülər


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR