İşğal olunmuş ərazilər yanır

İşğal olunmuş ərazilər yanır
15:52 11 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində  yenidən yanğınlar törədib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.

Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, yanğın olan ərazilərdə  erməni silahlı qüvvələrinin  basdırdığı minaların partlaması da  müşahidə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR