Zəhərlənən uşaqların vəziyyəti necədir? - Baş həkim danışdı

Zəhərlənən uşaqların vəziyyəti necədir? - Baş həkim danışdı
15:57 11 İyun 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb. 

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli məlumat verib. O bildirib ki, vəziyyət nəzarət altındadır: "Uşaqların əksəriyyəti evə yazılıb. Yeni gələnlər də artıq yoxdur. Lazım olan bütün yardımlar göstərilir və xəstəxanadakı uşaqların hamısının vəziyyəti stabildir. Narahatlığa əsas yoxdur".
  
Qeyd edək ki, xəstəxanaya gətirilən uşaqların hamısı Şollardan gələn yeraltı kanal vasitəsi ilə içməli su ilə təchiz edilmiş evlərdə yaşayır. Ehtimal edilir ki, su kanalına kənar su qarışıb. 

Amma "Azərsu" zəhərlənmənin səbəbi kimi suyu istisna edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR