Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü - VİDEO - FOTO (+ 18)

Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü - VİDEO - FOTO (+ 18)
17:27 11 İyun 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

Milli.Az xəbər verir ki, pressclub.az-ın əldə etdiyi məlumata görə, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində "İmperial" şadlıq sarayında müğənnilik edir.

Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif  başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü - FOTO (+ 18)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/553305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR