İşğal olunmuş ərazilərimiz yanır

İşğal olunmuş ərazilərimiz yanır
17:33 11 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində yenidən yanğınlar törədib.

Publika.az APA-ya istinadən xəbərinə görə, yanğın rayonun işğal altındakı Bayramlar, Baş Qərvənd və Kəngərli kəndləri ərazisində müşahidə olunur.

Cəbhə xəttinə yaxın yerləşən Mirəşelli kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, yanğın olan ərazilərdə erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması da müşahidə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR