İngiltərə 20 yaşadək futbolçular arasında dünya çempionu olub

İngiltərə 20 yaşadək futbolçular arasında dünya çempionu olub
17:52 11 İyun 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, İngiltərə yığması finalda Venesuelaya 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə topu 35-ci dəqiqədə "Everton"un hücumçusu Dominik Kalvert-Lyuin vurub. 74-cü dəqiqədə Venesuala millisi penalti qazansa da, Adalberto Penyaranda fürsətdən yararlana bilməyib.
Beləliklə, İngiltərə yığması tarixində ilk dəfə 20 yaşlılar arasında dünya çempionu olub. Rekordçu isə 6 dəfə qızıl medal qazanmış Argentinadır.
Qeyd edək ki, bürünc medalı penaltilər seriyasında Uruqvaya 4:0 hesabı ilə qalib gəlmiş İtaliya qazanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-20-yasadek-futbolcular-arasinda-dunya-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR