"Betmen" öldü

"Betmen" öldü
18:17 11 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir leykoz xəstəliyindən əziyyət çəkən amerikalı aktyor Adam Uest 88 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Betmen" obrazı ilə yaddaşlarda qalan məşhur aktyorun ölüm xəbərini ailə üzvləri paylaşıblar:

"O, özünü hər zaman döyüşçü olaraq görürdü. Onu sevənlərin həyatında müsbət iz buraxmaq istəyirdi. O bizim qəhrəmanımız idi və hər zaman da elə olacaq", - deyə ailəsindən verilən açıqlama qeyd edilib.

Qeyd edək ki, A.Uest 63 illik karyerasında "Betmen" obrazından başqa, "Simpsonlar" və "Qriffinlər" animasiya filmləri ilə də iz buraxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/553310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR