"Metropark"ın boşaldılmasının səbəbi bilindi - YENİLƏNİB

"Metropark"ın boşaldılmasının səbəbi bilindi - YENİLƏNİB
18:58 11 İyun 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov metrosu yaxınlığında yerləşən Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşlarının cəlb olunmasının səbəbi aydınlaşıb.

Publika.az bilidirir ki, avropa.info-nun ərazidə olan əməkdaşının polisdən aldığı məlumata görə, Metropark Ticarət Mərkəzinin təhlükəsizliyi test edilir. "Heç bir qorxulu hadisə baş verməyib."

Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.

****

Nərimanov rayonunda yerləşən "Metropark" Ticarət Mərkəzi boşaldılıb.

Publika.az bildirir ki, şahidlər tərəfindən qafqazinfo-ya verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb.

Bununla yanaşı, "Metropark"ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıblar.

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR