Genesis-in ilk krossoveri - FOTO

Genesis-in ilk krossoveri - FOTO
19:12 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Genesis şirkəti Nyu-York avtosalonunda ilk konseptual krossoverini təqdim edib. Avtomobil GV80 adlanır. Çox güman ki, prototip gələcəkdə seriyalı versiya almayacaq, lakin yenilik üzərində mövcud olan bir sıra həllər gələcəkdə brendin avtomobillərində tətbiq olunacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, krossover futuristik dizayn alıb. Salonda sensorlu idarəetməsi olan rəqəmsal cihazlar paneli quraşdırılıb. Ekranlar, həmçinin arxa oturacaq sərnişinləri üçün nəzərdə tutulub. Kapotun altında yanacaqla çalışan güc qurğusu quraşdırılıb. Digər texniki hissələr barədə hələlik məlumat verilmir.

Premial brend Genesis-in 2020-ci il model sırasında 6 model olacaq. Gələcəkdə Genesis markası altında iki krossover və idman kupesi hazırlanacaq. Sportkarı yəqin ki, bu il təqdim edilmiş 3,3-litrlik V6 benzin mühərriki ilə təchiz edəcəklər. Həmçinin atmosferli 5,0-litrlik V8 mühərrikinin də meydana gələcəyi istisna edilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR