Ucuz, amma sizi zəngin göstərən avtomobillər - FOTO

Ucuz, amma sizi zəngin göstərən avtomobillər - FOTO
19:22 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Razılaşaq ki bu avtomobillərdə milyon dollarlıq avtomobildə olan xüsusiyyətlər yoxdur amma aşağıdakı avtomobillərə mindiyinizdə pulunuzun qarşılığını artıqlamasıyla alacaqsınız. Ümumi olaraq dünyanın ən bahalı avtomobillərin modellərini seçmişik.

5.2003 Nissan Murano

avtomobillər

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Nissan Murano çox gözəl avtomobil modelidir. Böyük SUV, V6 mühərrikə malikdir. Eyni zamanda Murano aerodinamik idman tipli avtomobildir. Beş ulduzlu vuruşma testlərindən keçməyi bacarıb. Dörd ulduzlu rollover test balları ilə ən etibarlı avtomobillərdən sayılır. Azərbaycanda orta qiyməti 7000-8000 manatdır.

4.2010 Kia Soul

avtomobillər

Soulun gözlədiyinizdən daha çoxunu qarşılayacağına əminəm. Kreslolar qatlananda olduqca böyük bir sahə əldə edə bilərsiniz. Əlavə olaraq Soulun fərqli bir musiqi sistemi var. 6 dinamikli səs sistemi, USB iPod əlaqəsi vasitəsilə istədiyiniz səsi çölə çıxarmağa köməkçi olur. Avtomobilin Azərbaycanda ortalama qiyməti 12000 manatdır.

3.2012 Ford Fiesta

avtomobillər

Fiesta sürücülər üçün tam təchizatlı, kiçik bir modeldir. Ford Fiestaya əlavə olunan 1.6 litrlik dörd silindrli mühərrik satışına böyük təsir gösdərmişdir. Təbii ki satışında yalnız bu xüsusiyyət təsirli olmamışdır. Fordun Sync səs aktivasiya sistemi başqa bir texnoloji xüsusiyyətidir. Bu modelin bazarda qiyməti 13000 manatdır.

2.2009 Mitsubishi Lancer

avtomobillər

2009 model Lancer dörd silindrli mühərrik və beş irəli manual şanzımana malikdir. Bu avtomobil olduqca rahatdır və sizi zəngin göstərəcək. Azərbaycanda bu modelin qiyməti təxmini olaraq 13.500 manatdır.

1.2009 Volkswagen Tiguan

Tiguanın turbo, 2 litr həcmli mühərriki onu bazardakı ən güclü avtomobillərdən biri edir. Alman SUV, bütün lüks imkanları və güclü mühərrikiylə, istehlakçıların ehtiyaclarına görə istehsal edilib. Azərbaycanda bu modelin bazardakı təxmini qiyməti 16.500 manatdır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/552991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR