Çəkilişdə silikonları partladığı deyilən aktrisa danışdı: "Çox güldüm..." - FOTO

Çəkilişdə silikonları partladığı deyilən aktrisa danışdı: "Çox güldüm..." - FOTO
19:47 11 İyun 2017
205 Şou
Ölkə mətbuatı
A- A+

"Dayan Yüreğim" serialında rol alan Ece Uslu ilə bağlı bir müddət əvvəl gözlənilməz iddia yayılmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa çəkiliş meydançasını yarımçıq tərk etmişdi. Buna səbəb isə Ecenin silikonlarının çəkiliş zamanı partlaması olmuşdu.

Məsələyə aydınlıq gətirən Ece xəbərin yalan olduğunu və bunu serialı çəkən şirkətin yaydığını söyləyib:

"Onların hamısı şirkətin özünü doğrultmaq üçün  çıxartdığı yalan məlumatlardır. Elə bir şey olsa, mən çəkilişlərə davam edərəm? O xəbərə nə qədər gülmüşəm".

Uslu serialı çəkən "Endemol" şirkətinin təkcə onun maaşını verdiyini və digər həmkar və kollektivin əmək haqlarını ala bilməməsi məsələsinə də münasibət bildirib. O da digərləri kimi şirkətdən pul almadığını söyləyib.

Xatırladaq ki, serialda baş rollarda E.Usludan başqa, Cansel Elçin, Nilay Deniz və Berk Atan çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/553329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR