Rusiya, Azərbaycan və İran vahid elektroenerji kəməri yaradacaqlar?

Rusiya, Azərbaycan və İran vahid elektroenerji kəməri yaradacaqlar?
19:57 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycan və İranla vahid elektroenerji kəməri yaradılması üçün birgə hərəkət edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu bu gün sabiq energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gələn Rusiyanın enerji naziri Aleksandr Novak bildirib.
 
A. Novak deyib ki, Rusiya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir: "Biz energetika, qonşu ölkələrin əlaqələrinin inkişafı, o cümlədən energetika Azərbaycan və İranla birgə vahid elektroenerji kəmərinin yaradılması üçün birgə işləyirik. Rusiya və Azərbaycan neft bazarının tənzimlənməsi üçün əldə olunan razılaşmanı reallaşdırır. Azərbaycan BU məsələdə açar ölkələrdən biridir. Rusiya və Azərbaycan qaz sahəsində də əməkdaşlığı davam etdirir. Bu, iqtisadi-ticari əməkdaşlıq sahəsində perspektivli sahələrdən biridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/553334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR