Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi” - FOTO

Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi” - FOTO
20:17 11 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, N. Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
 
A. Novak bildirib ki, dostu N. Əliyevin vaxtsız vəfatına dərindən təəssüflənir: "Mən onu öz peşəsini dərindən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev neft-qaz və energetika sahələrində bütün məsələlərə peşəkarlıqla yanaşırdı. Natiq Əliyev  Azərbaycanda energetikanın, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Biz MDB-nin Elektroenerji Şurasında birgə çalışmışıq. Mənim onunla çox yaxşı münasibətlərim olub. Əlbəttə, böyük dostun itirilməsi hər birimiz üçün faciəli hadisədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/553338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR