Fransada parlament seçkiləri: seçicilər passiv oldular

Fransada parlament seçkiləri: seçicilər passiv oldular
20:17 11 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, parlament seçkilərinin ilk turunda saat 17:00-dək seçicilərin 40,75 faizi səsvermədə iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2012-ci ildə bu rəqəm 48,31 faiz, 2007-ci ildə isə 49,28 faiz olub. Sonuncu parlament seçkiləri ilə müqayisədə seçicilərin sayında 7,56 faiz azalma var.

Ipsos/Sopra Steria şirkətinin məlumatına əsasən, seçicilərin 50,5 faizi səsvermədə iştirak etməyəcək ki, bu da rekord göstərici hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/553337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR