2,5 kiloqrama yaxın tiryək və heroini satmaq istədi

2,5 kiloqrama yaxın tiryək və heroini satmaq istədi
20:22 11 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Yardımlı sakinindən tiryək və heroin götürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki,Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.
Narkotik vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.
O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni satmaq məqsədilə İran vətəndaşından aldığını bildirib.
Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR