Laminariya sellülit və piylənməyə qarşı

Laminariya sellülit və piylənməyə qarşı
20:22 11 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Laminariya və ya dəniz kələmi boz-qonur rəngli dəniz yosunları sinfinə daxildir, qədim Şərq yosunu hesab edilən bitki dəniz sahilində yaşayanların qidası olub. Tərkibində külli miqdarda makro və mikroelement olduğuna görə ondan gübrə kimi də istifadə edilib. Əsasən Yapon və Oxot dənizlərinin sahilində bitir. Dəniz kələmi Yaponiya, Çin və Koreya mətbəxinin əsas qidası hesab edilir. Yaponlar demək olar ki, hər gün dəniz kələmindən istifadə edirlər. Məşhur yapon yeməyi olan suşiləri qurudulmuş laminariya məhsullarından hazırlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəniz kələmi sinir sisteminin işini, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki və zehni fəallığı yüksəldir, qanda xolesterinin miqdarını normaya salır. Atonik qəbizlik, kəskin entrekolit, proktit və qanazlığı zamanı da ondan istifadə etmək olar. Onun tərkibinə daxil olan bir çox maddələr afrodiziak təsirə malikdir və impotensiyanın müalicəsində istifadə edilir.

Artıq çəkidən əziyyət çəkənlər üçün də laminariya əlverişli məhsuludur, çünki uzun müddət doyma hissi yaradır və orqanizmdə olan artıq mayeni özünə hopdurur, tərkibindəki vacib vitamin və elementlər isə orqanizmin gündəlik tələbatını ödəyir.

Dəniz kələmi salat və qarnir şəklində də yeyilir. Onun tərkibində qalxanabənzər vəz hormonunun bitki analoqu olan tireoidin var və həmin maddə qalxanabənzər vəzin pozulmuş fəaliyyətini normalaşdırır.

Kosmetologiyada laminariya bürünmə məqsədilə istifadə edilir. Onda sellülitin qarşısını almaq, mimik qırışları hamarlamaq qabiliyyəti var, lakin onun həddən artıq istifadə edilməsi zökəmə və göz yaşı ifrazının artmasına səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/552525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR