Aleksandr Novak: "Natiq Əliyev öz işini ürəkdən sevən əsl peşəkar idi"

Aleksandr Novak: "Natiq Əliyev öz işini ürəkdən sevən əsl peşəkar idi"
20:47 11 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 11-də Rusiyanın energetika naziri Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti II Fəxri xiyabanda dəfn olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib. Mərhum nazirin məzarı önünə əklil və çiçəklər qoyulub.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı nazir jurnalistlərə açıqlamasında mərhum Natiq Əliyev haqqında xatirələrini bölüşüb.
"Dostum, Azərbaycanın energetika naziri Natiq Əliyevin həyatdan vaxtsız gedişi barədə xəbər məni dərindən sarsıtdı. Mən onu öz peşəsini sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev energetikanın bütün məsələlərini, neft-qaz sahəsini, elektroenergetikanı peşəkarcasına bilirdi, Azərbaycan energetikasının, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün olduqca çox iş görmüşdü. Biz MDB-nin Elektroenergetika Şurasında birgə işləyirdik. Mənim onunla çox yaxşı münasibətim var idi. Əlbəttə, böyük dost itkisi bizim üçün kədərli hadisədir", - deyə rusiyalı nazir bildirib.






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aleksandr-novak-natiq-eliyev-oz-isini-urekden-seven-esl-pesekar-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR