Rusiyalı naziri: “Natiq Əliyev əsl peşəkar idi”

Rusiyalı naziri: “Natiq Əliyev əsl peşəkar idi”
20:58 11 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya energetika naziri Aleksandr Novakın rəhbərlik etdiyi nümayəndə heyəti İkinci Fəxri Xiyabanda sabiq energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

Publika.az AzərTAC-a istinadən xəbər verir ki, N. Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

A. Novak bildirib ki, dostu N. Əliyevin vaxtsız vəfatına dərindən təəssüflənir: “Mən onu öz peşəsini dərindən sevən əsl peşəkar kimi tanıyırdım. Natiq Əliyev neft-qaz və energetika sahələrində bütün məsələlərə peşəkarlıqla yanaşırdı. Natiq Əliyev Azərbaycanda energetikanın, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox işlər görüb. Biz MDB-nin Elektroenerji Şurasında birgə çalışmışıq. Mənim onunla çox yaxşı münasibətlərim olub. Əlbəttə, böyük dostun itirilməsi hər birimiz üçün faciəli hadisədir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR