Kia Rio-nun sedan və hetçbeki - FOTO

Kia Rio-nun sedan və hetçbeki - FOTO
21:05 11 İyun 2017
Ölkə mətbuatı
A- A+

Kia şirkəti Nyu-York avtosalonunda Amerika bazarı üçün yeni nəsil Rio təqdim edib. Yenilik müştərilərə sedan və hetçbek banlarında təklif ediləcək. avtomobil radiator barmaqlığı, yeni optika və dəyişilmiş bamperlər alıb. Banın ölçüləri və təkər bazası hər iki versiyada böyüyüb, qabaq dayaqlar isə vertikal yerləşdirilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobili 6 dinamiki və arxa görünüş kamerası olan audio sistemlə təchiz ediblər. O, 7-düymlük sensor displey, Android Auto və Apple CarPlay- dəstəkləyən təkmilləşdirilmiş informasiya-əyləncə sistemi alıb.

Yeni Rio Amerika bazarı üçün 1,6-litrlik atmosferli benzin mühərriklə təchiz edilib. mühərrik ya 6-pilləli mexaniki, ya da 6-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/537518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR