İnternetdə tanış olduğu şəxs başına oyun açdı – BAKIDA QULDURLUQ

İnternetdə tanış olduğu şəxs başına oyun açdı – BAKIDA QULDURLUQ
21:05 11 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayon Binə qəsəbə sakini, İbadov Şamxal Ariz oğlu polisə müraciət edərək bildirib ki, tanımadığı şəxsin hücumuna məruz qalıb. Şikayətçinin sözlərinə görə, özünə məxsus "Canon" markalı fotoaparatı internet vasitəsi ilə satmağa çalışıb. Bu zaman Qala qəsəbəsində yaşayan və şəxsən tanımadığı şəxs onunla əlaqə yaradıb və Qalaya dəvət edib. Fotoaparatı satmaq üçün Qalaya gedən Şamxal burada həmin şəxsin silahlı hücumuna məruz qalıb. Naməlum şəxs soyuq silah qismində istifadə etdiyi bıçaqla Ş.İbadovu hədələyərək fotoaparatı, "LG" markalı telefonunu və 50 manat pulunu əlindən alıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR