Sumqayıtda küçə adları var, lakin onları bildirən lövhələr yoxdur - VİDEO

Sumqayıtda küçə adları var, lakin onları bildirən lövhələr yoxdur - VİDEO
21:17 11 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını reklam bukletləri, toy dəvətnamələri və mağazaların ödəniş qəbzlərindən öyrənə bilirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, küçə adları var, lakin bu adları bildirən lövhələr yoxdur. Sumqayıtda küçə adını bildirən lövhələri görmək müşkül məsələyə çevrilib. Elə buna görə də sakinlərin əksəriyyəti yaşadıqları ərazinin hansı küçədə yerləşdiyini bilmirlər.
Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını reklam bukletləri, toy dəvətnamələri, mağazaların ödəniş qəbzlərindən və avtomobillərin naviqasiya sistemindən istifadə etməklə öyrənirlər.
Məsələ ilə bağlı əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirildi ki, hazırda bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda küçə adlarını bildirən lövhələrin quraşdırılmasına başlanılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/553360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR